Fələstin - Qəzzasız dövlət ola bilməz
Fələstin Prezidenti Mahmud Abbas Qəzza zolağının Fələstin ərazisinin ayrılmaz hissəsi olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Abbas qeyd edib ki, Qəzza üzərində suverenlik yenidən Fələstinə qaytarılmalıdır.
“Qəzzasız dövlət ola bilməz”, - deyə Fələstin lideri bildirib.
Onun sözlərinə görə, Fələstin dövlətinin yaradılması üçün Qəzza zolağının statusu və gələcəyi əsas məsələlərdən biridir.
23:40 12.08.2026
Oxunuş sayı: 49