İlonla Polşa arasında gərginlik: 50 milyon dollarlıq təhdid
Polşa Ukrayna üçün Starlink xidmətinə illik 50 milyon dollar ödəməyi dayandıra biləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski X sosial şəbəkəsində SpaceX şirkətinin rəhbəri İlon Maska müraciət edərək polşalı Starlink istifadəçilərinə qarşı ayrı-seçkiliyə son qoyulmasını tələb edib.
“Ey İlon Mask, polşalı Starlink istifadəçilərinə qarşı ayrı-seçkilik etməyi dayandır, əks halda xidmətləriniz üçün ildə 50 milyon dollar ödəmək qərarımızı dəyişə bilərik”, – Sikorski yazıb.
Məlumata görə, SpaceX bir neçə gün əvvəl Starlink terminallarından istifadə edən Polşanı Avropa rabitə regionundan çıxarıb. Şirkət bu qərarın səbəblərini açıqlamayıb.
19:18 12.08.2026
Oxunuş sayı: 39