Yekaterinburqda milyarderin oğlunun Lamborghini-si iki piyadanı vurub
Rusiyanın Yekaterinburq şəhərində milyarderin oğlunun idarə etdiyi Lamborghini avtomobili qəza törədib. Hadisə nəticəsində iki piyada xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, “Rusiya Mis Şirkəti”nin təsisçisi İqor Altushkinin kiçik oğlu David Altushkinin idarə etdiyi bənövşəyi rəngli Lamborghini əvvəlcə binaya çırpılıb. İddiaya görə, avtomobil daha əvvəl sürət həddini aşmağa görə 16 dəfə cərimələnib.
Qəza yerinə gələn müşayiət avtomobilinin mühafizəçiləri Lamborghini-nin üzərini dərhal parça ilə örtüblər.
Hadisə zamanı binanın qarşısında olan iki piyada xəsarət alıb. Onlardan 23 yaşlı Timur Xalilov qoltuqağacları ilə hərəkət edib. Məlumata görə, Xalilov “SVO” iştirakçısı və 2024-cü ildə Rusiya boks çempionatının bürünc medalçısıdır.
Yaralandıqdan sonra müalicə üçün Yekaterinburqa gələn Xalilov qəza nəticəsində qabırğaları sınıb, qapalı kəllə-beyin travması alıb və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
Dövlət Yol Polisi hadisənin ilkin rəsmi səbəbinin sürücünün avtomobil üzərində idarəetməni itirməsi olduğunu açıqlayıb.
10:08 12.08.2026
Oxunuş sayı: 50