Yekaterinburqda 74 illik temperatur rekordu qırılıb
Rusiyanın Yekaterinburq şəhərində 74 il əvvəl qeydə alınmış temperatur rekordu yenilənib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Meteoroloq Aleksey Pulinin məlumatına görə, şəhərdə havanın temperaturu +35 dərəcəyə yüksəlib.
Bundan əvvəlki sutkalıq temperatur rekordu 1952-ci ildə qeydə alınmışdı. Həmin vaxt havanın temperaturu +34,5 dərəcə təşkil edib.
Yeni göstərici Yekaterinburqda son 74 ilin ən yüksək temperaturu kimi qeydə alınıb.
22:28 27.07.2026
Oxunuş sayı: 40