Oman XİN başçısı: İran təhdidi bəhanəsi ilə region hərbiləşdirildi
Omanın xarici işlər naziri Bədr əl-Buseidi bildirib ki, Fars körfəzi regionunun hərbiləşdirilməsi İran təhdidi ilə bağlı iddialara əsaslanıb, lakin bu siyasət gözlənilən nəticəni verməyib.
Crossmedia.az xəbər verir ki, "Le Monde" bu barədə məlumat yayıb.
Fransanın "Le Monde" qəzetində dərc olunan məqaləsində Bədr əl-Buseidi qeyd edib ki, uzun illər ərzində regionun hərbiləşdirilməsi İranın təhlükə yaratdığı iddiaları ilə əsaslandırılıb.
Nazirin sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, bölgədə çoxsaylı hərbi bazaların yaradılması və geniş silahlanma təhlükəsizliyin təmin olunması baxımından effektiv nəticə verməyib.
Bədr əl-Buseidi vurğulayıb ki, regionda sabitliyin təmin edilməsi üçün hərbi yanaşmadan daha çox dialoq və diplomatik həll yollarına üstünlük verilməlidir.
17:51 14.07.2026
Oxunuş sayı: 55