İsrail ordusu Qəzzada HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın komandirlərindən birinin hava zərbəsi nəticəsində öldürüldüyünü bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
SAXAL-ın açıqlamasına görə, cümə axşamı Qəzza zolağının cənubuna endirilən hava zərbəsi zamanı HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Nuxba" bölməsinin komandiri Yəhya Səid Məhəmməd Həmdan öldürülüb.
İsrail ordusu iddia edir ki, Həmdan 2023-cü il oktyabrın 7-də İsrailin Reim bölgəsinə edilən hücumda iştirak edib.
SAXAL bəyan edib ki, həmin şəxs ərazidə fəaliyyət göstərən İsrail hərbçiləri üçün birbaşa təhlükə yaradırdı və dəqiq hava zərbəsi ilə zərərsizləşdirilib.
17:47 13.07.2026
Oxunuş sayı: 50