Fire Point Avropa üçün yeni raketdən müdafiə sistemi təqdim edib
Fire Point şirkəti Freya adlı yeni raketdən müdafiə sistemini təqdim edib.
Crossmedia.az xəbər verir ki, şirkət bu layihəni ümumavropa raketdən müdafiə qalxanı kimi qiymətləndirir.
Məlumata görə, Freya sistemi ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə kompleksinin analoqu kimi hazırlanıb.
Şirkətin açıqlamasında bildirilir ki, yeni sistem Patriot-la müqayisədə daha ucuz başa gələcək və daha geniş miqyasda istehsal edilə biləcək.
17:37 13.07.2026
Oxunuş sayı: 48