ABŞ İranı vurdu, Tehran cavab zərbəsi endirdiyini açıqladı
Yaxın Şərqdə gərginlik yenidən pik həddə çatıb. Məlumata görə, ABŞ ordusu İranın cənubunda yerləşən Keşm adası və Bəndər-Abbas ətrafına hava zərbələri endirib. İranın isə buna cavab olaraq Küveytdəki ABŞ hərbi bazasını hədəfə aldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ-nin hücumları Hörmüz boğazına yaxın strateji əhəmiyyət daşıyan Keşm adası və Bəndər-Abbas liman bölgəsini əhatə edib. Zərbələr zamanı hərbi bazalar, logistika mərkəzləri və raket infrastrukturu hədəf alınıb.
İran tərəfi isə cavab tədbiri olaraq Küveytdə yerləşən ABŞ hərbi bazasına zərbə endirdiyini açıqlayıb.
21:50 12.07.2026
Oxunuş sayı: 57