İran Hörmüz boğazının bağlı, ABŞ isə açıq olduğunu deyir
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını bəyan edib. Bu açıqlamadan sonra boğazdan keçən gəmilərin hərəkətində kəskin azalma müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN “MarineTraffic” gəmi izləmə platformasının məlumatlarına istinadən məlumat yayıb.
SEPAH daha sonra yaydığı növbəti açıqlamada da Hörmüz boğazının bağlandığını bir daha təsdiqləyib.
Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazının mülki gəmiçilik üçün tam açıq qaldığını bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, İran bu marşruta nəzarət etmir və beynəlxalq dəniz nəqliyyatını dayandırmaq imkanına malik deyil.
Beləliklə, tərəflərin bəyanatları bir-biri ilə ziddiyyət təşkil edir və Hörmüz boğazındakı real vəziyyətlə bağlı fərqli mövqelər səsləndirilir.
20:30 12.07.2026
Oxunuş sayı: 69