ABŞ: Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir
Hörmüz boğazı açıqdır və gəmiçilik normal davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, İran Hörmüz boğazına nəzarət etmir və ABŞ hərbçiləri bölgədə naviqasiya azadlığının təmin olunmasına hazırdır.
Məlumata görə, son yeddi gün ərzində boğazdan 140 gəmi keçib.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının növbəti bildirişədək bağlandığını açıqlamışdı.
18:04 12.07.2026
Oxunuş sayı: 64