Ronaldo dünya çempionatındakı son oyununu keçirdi
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo üçün 2026-cı il dünya çempionatı milli komandadakı son mundial olub.
Crossmedia.az xəbər verir ki, Portuqaliya yığması turnirin 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Görüşün yeganə qolunu əsas vaxta əlavə olunmuş dəqiqələrdə (90+1) Mikel Merino vurub.
Qeyd edək ki, Kriştianu Ronaldo daha əvvəl 2026-cı il dünya çempionatının futbolçu karyerasındakı son mundial olacağını açıqlamışdı.
09:49 07.07.2026
Oxunuş sayı: 54