Stoltenberq: Almaniya böyük hərbi gücə çevrilir
Almaniya hərbi gücə çevrilib və alyans daxilində daha mühüm rol oynayacaq.
Crossmedia.az xəbər verir ki, NATO-nun sabiq baş katibi Yens Stoltenberq bu barədə Der Spiegel nəşrinə müsahibəsində danışıb.
Stoltenberq qeyd edib ki, yaxın keçmişdə Almaniya müdafiə xərclərinin ÜDM-dəki payına görə NATO ölkələri arasında ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə idi.
"İndi vəziyyət köklü şəkildə dəyişib. Almaniya böyük hərbi gücə çevrilmək prosesindədir", – deyə o bildirib.
Onun sözlərinə görə, bu transformasiyada Almaniyanın müdafiə naziri Boris Pistorius həlledici rol oynayıb.
Stoltenberq həmçinin vurğulayıb ki, NATO-nun Avropadakı üzvləri müdafiə xərclərini artırmağa və Ukraynaya daha böyük dəstək verməyə daha erkən başlamalı idilər.
Sabiq baş katib qeyd edib ki, vəzifədə olduğu dövrdə müttəfiqləri müdafiə büdcələrini artırmağa çağırsa da, bu proses daha sürətli baş verə bilərdi.
O əlavə edib ki, NATO-nun əsas prinsipi keçmişə deyil, gələcəyə baxmaqdır.
20:48 05.07.2026
Oxunuş sayı: 76