Türkiyə XİN: İsrail tarixi siyasiləşdirərək öz cinayətlərini gizlətməyə çalışır
Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarı kəskin tənqid edib. Nazirlik bəyan edib ki, bu addım İsrailin Fələstin xalqına qarşı törətdiyi cinayətlərin diqqətdən yayındırılmasına xidmət edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda İsrailin Beynəlxalq Ədalət Məhkəməsində Qəzzada soyqırımı ittihamı ilə mühakimə olunduğu, Baş nazir Benyamin Netanyahu və digər rəsmilər barəsində isə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarlarının çıxarıldığı xatırladılıb.
Türkiyə XİN vurğulayıb ki, Ankara İsrailin regionda gərginliyi artıran siyasətinə son qoyulması və başda Fələstin xalqı olmaqla mülki şəxslərə qarşı törədilmiş cinayətlərə görə məsul şəxslərin beynəlxalq hüquq qarşısında cavab verməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
09:05 29.06.2026
Oxunuş sayı: 42