Fransız şirkəti Hörmüz boğazından konteyner gəmisinin keçdiyini açıqlayıb
Fransız şirkəti Hörmüz boğazından konteyner gəmisinin təhlükəsiz şəkildə keçdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Fransaya məxsus bir logistika şirkəti konteyner gəmisinin Hörmüz boğazından keçdiyini və əməliyyatın problemsiz başa çatdığını açıqlayıb. Bildirilir ki, gəminin hərəkəti beynəlxalq dəniz marşrutları çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft daşımalarının əsas keçid nöqtələrindən biri hesab olunur və regionda strateji əhəmiyyətə malikdir.
20:47 28.06.2026
Oxunuş sayı: 49