Ukrayna XİN: ABŞ və Rusiya razılaşmalarının Ukraynasız heç bir effekti yoxdur
Ukrayna xarici işlər naziri Rusiyanı müharibənin dayandırılması üçün danışıqlara qayıtmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri açıqlama verib.
Məlumata görə, nazir ABŞ və Rusiya arasında əldə olunan razılaşmaların Ukraynanın iştirakı olmadan hazırlandığı üçün nəticə vermədiyini bildirib. Onun sözlərinə görə, bu cür yanaşma real sülhə gətirib çıxarmır.
O, həmçinin qeyd edib ki, Moskva Ukraynanın təkliflərinə cavab verməli və müharibəni dayandırmaq üçün danışıqlar masasına qayıtmalıdır.
20:35 28.06.2026
Oxunuş sayı: 51