“Vahid Rusiya” 2007-ci ildən bəri ilk dəfə özünü prezidentin partiyası elan edib
Rusiyada hakim “Vahid Rusiya” partiyası 2007-ci ildən bəri ilk dəfə rəsmi şəkildə özünü prezidentin partiyası kimi təqdim edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Moskvada keçirilən partiyanın qurultayında nümayiş etdirilən təşviqat plakatında “Putinin tərəfdarı olmaq – minimum tələbdir” şüarı yer alıb.
Müşahidəçilərin fikrincə, bu addım partiyanın Prezident Vladimir Putinlə siyasi bağlılığını açıq şəkildə vurğulamaq məqsədi daşıyır.
17:55 28.06.2026
Oxunuş sayı: 50