Ukraynadan Rusiya ilə bağlı ŞOK AÇIQLAMA
Ukrayna kəşfiyyatı döyüş meydanında ələ keçirilən Rusiya silah və hərbi texnikasının texniki ekspertizasını apararaq onların istehsalında istifadə olunan komponentlərlə bağlı yeni məlumatlar əldə etdiyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı Rusiya istehsalı olan raketlərdə, pilotsuz uçuş aparatlarında və digər müasir silah sistemlərində Qərb ölkələri, Asiya və digər regionlarda istehsal edilmiş elektron komponentlər aşkarlanıb.
Bildirilir ki, həmin detalların bir hissəsi ikili təyinatlı məhsullar kateqoriyasına daxildir və müxtəlif vasitəçi şirkətlər və tədarük zəncirləri vasitəsilə Rusiyaya çatdırılır.
Ukrayna kəşfiyyatı hesab edir ki, əldə olunan məlumatlar Rusiyanın hərbi-sənaye kompleksinin xarici texnologiyalardan asılılığını göstərməklə yanaşı, beynəlxalq ixrac nəzarəti mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyini ortaya qoyur.
17:09 28.06.2026
Oxunuş sayı: 55