İsrail hökuməti qondarma “erməni soyqırımı”nın tanınmasını dəstəkləyib
İsrail hökuməti bazar günü keçirilən iclasda qondarma “erməni soyqırımı”nın rəsmi şəkildə tanınmasını nəzərdə tutan qərar layihəsini dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Qətnamənin müəllifi olan İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, “doğru addımı atmaq üçün heç vaxt gec deyil”.
Məlumata görə, hökumətin təsdiqlədiyi qərar yaxın vaxtlarda yekun təsdiq üçün İsrail parlamenti – Knessetin plenar iclasında səsverməyə çıxarılacaq.
16:11 28.06.2026
Oxunuş sayı: 59