Maskdan qalmaqallı iddia: USAID Ukraynada inqilabı maliyyələşdirib
Amerikalı milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynada baş vermiş inqilabı maliyyələşdirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Mask bu fikrini X sosial şəbəkəsində paylaşdığı mesajda səsləndirib. O bildirib ki, həmin hadisələr sonradan Rusiya ilə müharibəyə gətirib çıxarıb.
Mask iddialarını təsdiqləyən hər hansı sübut təqdim etməyib. USAID və ABŞ rəsmiləri isə bu açıqlama ilə bağlı hələlik rəsmi münasibət bildirməyiblər.
11:14 28.06.2026
Oxunuş sayı: 64