Ben-Qvir: Livanla razılaşma böyük səhvdir
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanla əldə olunan razılaşmanı kəskin tənqid edərək, onu “böyük səhv” adlandırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ben-Qvir məsələ ilə bağlı Baş nazirə müraciət etdiyini və razılaşmanın Nazirlər Kabinetində səsverməyə çıxarılmasını tələb etdiyini bildirib. O, son bir neçə həftədir bu razılaşmaya qarşı çıxdığını vurğulayıb.
Nazirin sözlərinə görə, İsrail hazırda ərazinin böyük hissəsində mövqelərini qorusa da, Livan dövləti Hizbullahı tərksilah etməyəcək. Ben-Qvir hesab edir ki, Hizbullahla əlaqəli nazirlərin Livan hökumətində təmsil olunması səbəbindən Beyruta bu məsələdə etibar etmək olmaz. O əlavə edib ki, Hizbullahı yalnız İsrail Müdafiə Ordusu zərərsizləşdirə bilər.
10:05 28.06.2026
Oxunuş sayı: 55