Rusiyadan Finlandiyaya şok hədə: “Ukrayna ssenarisi” ilə bağlı qorxulu açıqlama gündəm oldu
Rusiyada Finlandiya üçün “Ukrayna ssenarisi” barədə danışılıb
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Dövlət Dumasının müdafiə komitəsi sədr müavini Aleksey Juravlyov Finlandiya ilə bağlı sərt açıqlama verib. Onun sözlərinə görə, Rusiya “Finlandiyanın yarısını məhv edə bilər”.
Juravlyov iddia edib ki, Finlandiya rəhbərliyi ölkəni böhrana aparır və Rusiyanı qıcıqlandıracaq addımlar atır. O, həmçinin bildirib ki, Rusiya sərhəddə müdafiəni gücləndirir.
Deputat əlavə edib ki, Finlandiya son illərdə neytral dövlətdən NATO üzvünə çevrilib və bu, regionda gərginliyi artırır.
15:10 27.06.2026
Oxunuş sayı: 52