Almaniyada tarixi temperatur rekordu qeydə alınıb
Almaniyada meteoroloji müşahidələrin aparıldığı dövr ərzində ən yüksək hava temperaturu qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Məlumata görə, ölkədə termometrlər 41,3 dərəcə Selsi göstərib ki, bu da Almaniya tarixində indiyədək qeydə alınmış ən yüksək temperatur hesab olunur.
09:30 27.06.2026
Oxunuş sayı: 69