Obama yeni biznesə qoşulur: Trampı qəzəbləndirə bilər
ABŞ-nin keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Çikaqoda yerləşən Obama Prezident Mərkəzinin təntənəli açılış mərasimində iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Uzun müddətdir gözlənilən mərkəz sabah – ABŞ-də köləliyin ləğvinin ildönümü kimi qeyd olunan gündə rəsmi olaraq ictimaiyyətin istifadəsinə veriləcək.
Mərasimdə ABŞ-nin keçmiş prezidentləri Bill Klinton, Corc Buş və Cozef Bayden, həmçinin keçmiş vitse-prezident Kamala Harris də iştirak ediblər.
Hazırkı prezident Donald Tramp isə tədbirə dəvət olunmayıb.
Qeyd olunub ki, Tramp və Obama arasında fikir ayrılıqları və gərgin münasibətlər uzun illərdir davam edir.
Rəsmi açılışdan əvvəl Barak Obama tədbir iştirakçıları üçün Prezident Mərkəzində ekskursiya təşkil edib.
Mərasim zamanı maraqlı anlardan biri də Corc Buşun Mişel Obamaya "Altoids" nanəli konfet qutusu hədiyyə etməsi olub. Uzun illərdir dostluq münasibətləri saxlayan Buş və Mişel Obama müxtəlif rəsmi tədbirlərdə səmimi münasibətləri və zarafatları ilə tez-tez diqqət mərkəzində olurlar.
Fatimə Məmmədova
11:44 19.06.2026
Oxunuş sayı: 49