Vens İranla danışıqlar üçün İsveçrəyə getməyəcək
ABŞ vitse-prezidenti Cey Di Vensin İranla keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün İsveçrəyə səfəri baş tutmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Vensin rəhbərlik etdiyi nümayəndə heyəti səfərə hazır olsa da, danışıqların logistikasında yaranan çətinliklər səbəbindən səfər təxirə salınıb.
Bildirilib ki, qərarın əsas səbəblərindən biri İsrailin Livanda davam etdirdiyi hərbi əməliyyatlardır. Bu səbəbdən İran nümayəndə heyəti də İsveçrədə keçiriləcək danışıqlara qatılmaqdan imtina edib.
Nəticədə tərəflər arasında nəzərdə tutulan görüş qeyri-müəyyən müddətə təxirə salınıb.
11:25 19.06.2026
Oxunuş sayı: 51