İran: ABŞ-nin hər hansı pozuntusuna cavab veriləcək
İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə əldə olunan anlaşmanın icrası və gələcək danışıqlar prosesi ilə bağlı bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Bəyanatda qeyd olunub ki, Şura razılaşmaların icrasını və danışıqlar prosesini yaxından izləyəcək və vəziyyəti daimi nəzarətdə saxlayacaq.
Məlumata görə, ABŞ-dən hər hansı öhdəlik pozuntusu və ya razılaşmaların icra edilməməsi halında əvvəlcədən müəyyən edilmiş əks tədbirlərin görüləcəyi vurğulanıb.
Sənəddə ABŞ-yə qarşı “tam etimadsızlıq” ifadəsinə yer verilib və Vaşinqtonun keçmiş addımlarına istinad olunaraq İranın ehtiyatlı mövqe saxlayacağı bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, İran rəhbərliyinin göstərişləri çərçivəsində milli maraqlar və ölkə vətəndaşlarının hüquqları ilə bağlı məsələlərdə heç bir güzəştə gedilməyəcək.
10:05 19.06.2026
Oxunuş sayı: 55