Qalibafdan sərt mesaj: Əlimiz hələ də tətikdədir
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkənin ali rəhbəri Müctəba Xameneiyə ünvanladığı mesajda ABŞ ilə imzalanmış anlaşma memorandumu barədə mövqeyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Qalibaf ali rəhbərin müraciətinə görə təşəkkür edərək bildirib ki, əgər qarşı tərəf razılaşmanın çərçivəsindən çıxmağa və ya əlavə tələblər irəli sürməyə cəhd edərsə, İran buna sərt cavab verməyə hazırdır.
O vurğulayıb ki, İran “tətikdə əl” prinsipini qoruyur və milli maraqların müdafiəsi üçün lazım gələrsə qətiyyətli addımlar atmaqdan çəkinməyəcək.
Qalibaf həmçinin “X” platformasında yazıb ki, ali rəhbərin göstərişi əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməkdir. Bununla yanaşı, o qeyd edib ki, qarşı tərəf öhdəlikləri pozarsa və ya razılaşmanı birtərəfli şəkildə dəyişdirməyə çalışarsa, İran buna sərt reaksiya verəcək.
O əlavə edib ki, əvvəlki gərginliklərdən dərs çıxarılıb və oxşar addımların təkrarlanacağı halda daha ciddi cavab veriləcək.
10:42 19.06.2026
Oxunuş sayı: 45