Britaniyada Çin kəşfiyyat şəbəkəsinə görə iki nəfər məhkum edildi
Böyük Britaniyada Çin üçün işləyən gizli kəşfiyyat şəbəkəsinin təşkilində təqsirli bilinən iki nəfər həbs cəzasına məhkum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, hər iki şəxs Londonda fəaliyyət göstərən qeyri-rəsmi kəşfiyyat şəbəkəsi quraraq Çin adına casusluq fəaliyyəti ilə məşğul olub.
İttihamlara görə, həmin şəxslər Böyük Britaniyada demokratik islahatları dəstəkləyən siyasətçilər və ictimai fəallar üzərində izləmə aparıblar və bu məlumatları Çin tərəfinə ötürüblər.
10:10 19.06.2026
Oxunuş sayı: 56