ABŞ–İran danışıqları təxirə salındı
ABŞ və İran arasında 19 iyun tarixində İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ vitse-prezidenti Cey Di Vensin İsveçrəyə səfərini ləğv etdiyi bildirilib. O, həmin səfər çərçivəsində bu gün ABŞ–İran arasında memorandumun imzalanma mərasimində və gələcək razılaşmalar üzrə danışıqlarda iştirak etməli idi.
Qeyd edək ki, Ağ Evin açıqlamasında səfərin və görüşlərin təxirə salınmasının səbəbi kimi “logistik məsələlər” göstərilib.
09:48 19.06.2026
Oxunuş sayı: 44