Tramp: İranla danışıqlar nəticə verir
Rusiya prezidenti Donald Tramp ABŞ-nin Yaxın Şərq siyasəti ilə bağlı yeni açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Vaşinqton regionda sülhün təmin olunmasına sadiqdir və bütün tərəfləri İranla aparılan danışıqlara əməl etməyə çağırıb.
Trampın sözlərinə görə, ABŞ və İran arasında əldə edilən razılaşma artıq beynəlxalq iqtisadi vəziyyətə təsir göstərir:
ABŞ və İran arasında əldə edilən razılaşma nəticəsində iqtisadi vəziyyət yaxşılaşır və neft qiymətləri düşür.
O həmçinin Yaxın Şərqdə gərginliyin azalacağına ümid etdiyini vurğulayıb və Livan, Hizbullah və İsrail də daxil olmaqla bütün cəbhələrdə atəşkəs gözlədiyini bildirib:
Biz Livan, Hizbullah və İsrail də daxil olmaqla bütün cəbhələrdə tam atəşkəs gözləyirik.
Açıqlama beynəlxalq bazarlarda və siyasi dairələrdə diqqətlə izlənilir.
23:00 18.06.2026
Oxunuş sayı: 53