Tramp İrana dair iddialara sərt reaksiya verdi
ABŞ lideri Donald Tramp İrana 300 milyard dollarlıq ödəniş edildiyi barədə yayılan xəbərləri təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bu iddiaları saxta xəbər adlandıraraq bildirib ki, Vaşinqtonun İranla bağlı belə bir maliyyə öhdəliyi yoxdur.
Trampın sözlərinə görə, ABŞ-ın hazırkı siyasəti uğurla nəticələnir:
ABŞ-ın sahib olduğu tək şey uğur, neft qiymətlərinin düşməsi və qələbədir. Birjaya baxın. Demokratik təbliğat işləyir!
Məsələ ilə bağlı əlavə rəsmi təsdiq və ya İran tərəfinin reaksiyası hələlik açıqlanmayıb.
22:26 18.06.2026
Oxunuş sayı: 54