30 yaşlı kişi 3 yaşlı uşağı timsah qəfəsinə atdı
İngiltərədə 30 yaşlı kişi üç yaşlı uşağı zooparkda timsahların saxlandığı qəfəsə atıb.
Crossmedia.az bu barədə Kembricşir polisinə istinadən xəbər verir.
Hadisə nəticəsində azyaşlı ağır xəsarətlər alıb və dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, uşağın vəziyyəti ağır olsa da, stabildir.
Polis hadisəni törədən şəxsi saxlayıb. Hadisənin motivləri və əlavə detalları barədə hələlik rəsmi məlumat verilməyib.
05:26 19.06.2026
Oxunuş sayı: 40