NATO: ABŞ–İran razılaşması nüvə təhlükəsinin qarşısını ala bilər
NATO-nun Baş katibi Mark Rutte ABŞ və İran arasında əldə olunan razılaşmanın Tehranın nüvə silahı yaratmasının qarşısını almaq üçün mühüm imkan olduğunu bildirib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Rutte diplomatik həll yolunun regionda gərginliyin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması baxımından ən effektiv vasitə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və İran arasında dialoqun davam etdirilməsi Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə və beynəlxalq təhlükəsizliyin güclənməsinə töhfə verə bilər.
NATO baş katibi qeyd edib ki, İranın nüvə silahı əldə etməməsinə zəmanət verən mexanizmlərin formalaşdırılması beynəlxalq ictimaiyyət üçün prioritet məsələlərdən biri olaraq qalır.
10:13 18.06.2026
Oxunuş sayı: 51