Karakapetyan Ermənistan müxalifətinin birləşdirilməsini təklif edir
Ermənistanda “Güclü Ermənistan” müxalifət partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyan müxalif siyasi qüvvələrin birləşdirilməsi prosesinin başladığını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb
Onun sözlərinə görə, seçkilərdən əvvəl müxalifət öz imkanlarını həddindən artıq qiymətləndirib və vahid mövqedə birləşmək üçün fürsəti qaçırıb.
“Yola başladığımız zaman bəlkə də gücümüzü düzgün qiymətləndirmədik və bütün müxalif qüvvələrlə vaxtında razılığa gələ bilmədik. İndi isə ölkəmiz və xalqımız üçün ən vacib məsələ birliyin təmin olunmasıdır”, – deyə Karapetyan bildirib.
O, müxalif qüvvələr arasında koordinasiya şurasının yaradılmasını təklif edib. Onun fikrincə, bu platformada mövcud problemlər açıq müzakirə edilməli və vəziyyətdən çıxış yolları müəyyənləşdirilməlidir.
09:25 18.06.2026
Oxunuş sayı: 48