Stalinin imzası olan məxfi sənəd 13,8 min dollara satılıb
ABŞ-də üzərində sovet lideri İosif Stalinin imzası və "tam məxfi" qeydi olan sənəd hərracda 13,8 min dollara satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Belə ki, sənəd 1944-cü ilin sentyabr ayına aiddir və Şərqi Avropanın azad edilmiş ərazilərinin müdafiəsi ilə bağlı məlumatları əhatə edir.
Məlumata görə, sənəddə Tallin, Riqa və Varşavanın müdafiəsi üçün istifadə edilməsi nəzərdə tutulan silahlar barədə məlumat yer alıb.
Hərracın hansı şirkət tərəfindən təşkil edildiyi və sənədi kimin aldığı barədə məlumat açıqlanmayıb.
07:00 18.06.2026
Oxunuş sayı: 50