Makron: Tramp Ukraynanın işğal olunmuş ərazilərinin qaytarılması üçün sərt mövqe tutmalıdır
Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampı G7 ölkələrini Ukraynanın işğal olunmuş ərazilərini geri qaytarması üçün daha sərt mövqe tutmağa çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makronun sözlərinə görə, Tramp həmçinin Ukraynaya yardım məsələsində Avropa ilə əməkdaşlığın davam etdirilməsini, o cümlədən hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahların tədarükünü dəstəkləyib.
Fransa lideri əlavə edib ki, G7 ölkələri Rusiyaya qarşı sanksiya təzyiqinin daha da gücləndirilməsi məsələsində də ümumi razılığa gəliblər.
23:25 17.06.2026
Oxunuş sayı: 43