Bloomberg: Avropa Rusiya ilə Ukrayna mövzusunda danışıqlara başlayıb
Avropa Ukrayna müharibəsi ilə bağlı Rusiya ilə ilkin danışıqlara başlayıb.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Bildirilir ki, Avropa İttifaqı Şurasının rəhbəri Antonio Costa artıq Rusiya prezidenti Vladimir Putinə yaxın bir rəsmi ilə Ukrayna üzrə gələcək danışıqlar barədə iki dəfə əlaqə saxlayıb.
Məlumata əsasən, bu təmaslar mümkün gələcək danışıqların formatı və şərtləri ilə bağlı ilkin müzakirələr xarakteri daşıyır.
23:15 17.06.2026
Oxunuş sayı: 58