Hizbullahın dron hücumları nəticəsində hərbçilər yaralanıb
İsrail Müdafiə Qüvvələri-nin mövqelərinə Hizbullah tərəfindən pilotsuz uçuş aparatı ilə hücum edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində bir əsgər ağır yaralanıb, dörd hərbçi isə yüngül xəsarət alıb.
Bildirilib ki, daha sonra ikinci dronla təxliyə vasitəsi də hədəf alınıb və bunun nəticəsində əlavə itkilərin olduğu qeyd edilib.
Hadisə ilə bağlı araşdırma aparıldığı və bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
23:50 17.06.2026
Oxunuş sayı: 49