Ermənistanda siyasi təmizləmələr davam edir
Ermənistanda ˝Güclü Ermənistan˝ blokundan deputatlığa namizəd David Kazinyan Mərkəzi Seçki Komissiyasının onun barəsində cinayət təqibinə icazə verməsindən sonra saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, daha əvvəl Komissiya keçmiş prezident Robert Koçaryan barəsində də cinayət təqibinə razılıq verib. Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlı ittihamların irəli sürülə biləcəyi bildirilir.
23:00 17.06.2026
Oxunuş sayı: 51