Ermənistan Baş naziri müxalifət və Qarabağ mövzusunda sərt çıxış etdi
Ermənistan Baş naziri Nikol Paşinyan müxalifət düşərgəsinə və ölkədəki siyasi proseslərə dair sərt bəyanatlar səsləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bəzi müxalif fiqurların təhdid mənbəyi olduğu iddia edilir. Bu çərçivədə o, Robert Koçaryan, Kaluga oliqarxı kimi təqdim edilən Samvel Karapetyan və belarusyönlü oliqarx kimi xarakterizə edilən Qağik Tsarukyanın adlarını çəkib.
Nikol Paşinyan həmçinin çıxışında bildirib ki, onun siyasətinə qarşı olan qüvvələr etiraz olaraq küçələrə çıxıb inqilab etməyə cəhd göstərə bilərlər.
O, çıxışında bu şəxslərə qarşı sərt ifadələr işlədərək, onların siyasi mübarizə meydanında sıradan çıxarılmalı olduğu məzmununda fikirlər səsləndirib.
Baş nazir əlavə edib ki, Ermənistan parlamentində separatçı simvolikanın mövcudluğu müharibə təhlükəsi yaradır və Qarabağ hərəkatının davam etdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb.
22:47 17.06.2026
Oxunuş sayı: 68