Bir vaxtlar müttəfiq olan İran və İsrail necə düşmənə çevrildi?
Hazırda bir-birini açıq şəkildə hədələyən İran və İsrail vaxtilə Yaxın Şərqin ən yaxın tərəfdaşlarından hesab olunurdu.
Crossmedia.az xəbər verir ki, 1948-ci ildə İsrail dövlətinin yaradılmasından sonra İran onu tanıyan ilk müsəlman ölkələrindən biri olub. Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti illərində iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq sürətlə inkişaf edib.
Həmin dövrdə İran İsrailə neft ixrac edir, İsrail isə Tehrana kənd təsərrüfatı, təhlükəsizlik və texnologiya sahələrində dəstək göstərirdi. Müxtəlif mənbələrdə tərəflər arasında gizli hərbi layihələrin həyata keçirildiyi də qeyd olunur. O zaman iki ölkənin gələcəkdə kəskin rəqiblərə çevriləcəyini təsəvvür edənlər az idi.
Lakin münasibətlərdə dönüş nöqtəsi 1979-cu ildə baş verən İran İslam İnqilabı oldu. Ayətullah Ruhullah Xameyninin hakimiyyətə gəlməsindən sonra İsrail İran tərəfindən "qanunsuz rejim" kimi qiymətləndirildi, diplomatik əlaqələr dayandırıldı və iki ölkə arasında uzun illər davam edən siyasi və geosiyasi qarşıdurmanın əsası qoyuldu.
Hazırda İran və İsrail arasındakı gərginlik Yaxın Şərqin ən təhlükəli münaqişələrindən biri hesab olunur. Bir zamanlar müxtəlif sahələrdə əməkdaşlıq edən tərəflər indi regionun gələcəyinə təsir göstərən əsas rəqiblər kimi çıxış edirlər.
01:34 18.06.2026
Oxunuş sayı: 49