TikTok və Instagram Şotlandiyada yeni turizm problemləri yaradır
Şotlandiyada turizm uzun illərdir milyardlarla dollar gəlir gətirən mühüm sahələrdən biri hesab olunur. Lakin son illər sosial şəbəkələrin, xüsusilə TikTok və Instagram-ın təsiri ilə bu sahədə yeni problemlər yaranıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, üosial şəbəkələrdə paylaşılan gözəl mənzərələrə aid videolar qısa müddətdə milyonlarla baxış toplayır və əvvəllər sakit, ucqar təbiət məkanları bir anda məşhur turizm istiqamətinə çevrilir.
Bu, yerli biznes üçün əlavə gəlir yaratsa da, bölgə sakinləri üçün ciddi çətinliklərə səbəb olur. Minlərlə turist böyük kamper avtomobillərlə həmin ərazilərə üz tutur, dar yollarda tıxac yaradır və ətraf mühitin çirklənməsinə səbəb olur. Yerli bələdiyyələr isə hər il zədələnən yolların təmiri üçün kifayət qədər vəsait ayıra bilmirlər.
Bundan əlavə, bir çox yaşayış evlərinin qısamüddətli turist kirayəsinə verilməsi yerli əhalinin mənzil tapmasını çətinləşdirir. Nəticədə, bəzi şəhərlərdə icmaları qorumaq məqsədilə turist vergisinin tətbiqinə və qısamüddətli kirayə evlər üçün daha sərt qaydaların müəyyən edilməsinə başlanılıb.
Eyni zamanda, sosial media fenomenləri də məsuliyyətli davranmağa çalışırlar. Onlar artıq avtomobil dayanacağı və lazımi infrastruktur olmayan kiçik yaşayış məntəqələrini kütləvi şəkildə tanıtmaqdan çəkinirlər.
00:26 18.06.2026
Oxunuş sayı: 52