Türkiyə və Özbəkistan güzəştli ticarətin genişləndirilməsini sürətləndirəcək
Daşkənd şəhərində Türkiyə və Özbəkistanın ticarət nazirləri arasında keçirilən görüşdə iki ölkə arasında güzəştli ticarət sazişinin genişləndirilməsi üzrə danışıqların sürətləndirilməsi barədə razılıq əldə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər qısamüddətli perspektivdə qarşılıqlı ticarət dövriyyəsini 5 milyard dollara, orta müddətli perspektivdə isə 10 milyard dollara çatdırmağı hədəflədiklərini bildiriblər.
Görüş zamanı yeni investisiya layihələri də müzakirə olunub. Qeyd edilib ki, 2025-ci ilədək Türkiyənin Özbəkistana yatırdığı investisiyaların həcmi 8,2 milyard dollara çatıb.
Bundan əlavə, türk şirkətləri Özbəkistanda ümumi dəyəri 9 milyard dollardan çox olan 300-dən artıq layihə həyata keçiriblər. Bu layihələr sırasında "Tashkent City" və "NestOne" də yer alır.
Tərəflər gələcəkdə də ticarət-iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək niyyətində olduqlarını vurğulayıblar.
13:44 17.06.2026
Oxunuş sayı: 46