ABŞ–İran razılaşması BMT-də təsdiqlənəcək
ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsi açıqlanıb.
Crossmedia.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, sənədin əsas məqsədi iki ölkə arasında hərbi qarşıdurmanın qarşısını almaq və İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün 60 günlük danışıqlar mərhələsinə başlamaqdır.
Layihəyə əsasən, tərəflər yekun razılaşmanın icrasına nəzarət üçün xüsusi mexanizm yaradacaq və sazişin BMT Təhlükəsizlik Şurasının məcburi qətnaməsi ilə təsdiqlənməsi nəzərdə tutulur.
Sənəddə həmçinin qeyd olunur ki, danışıqlar dövründə İranın nüvə proqramı və ABŞ sanksiyalarının mövcud rejimi dəyişdirilmədən saxlanılacaq.
13:12 17.06.2026
Oxunuş sayı: 52