İran İsraili Livanla bağlı sərt cavabla hədələdi
İran ordusu Livanda atəşkəs rejiminin pozulmasının davam edəcəyi halda İsrailə qarşı sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az İranın "Fars" nəşrinə istinadən xəbər verir ki, Tehran tərəfi regionda gərginliyin artmasında məsuliyyətin İsrailin üzərinə düşdüyünü iddia edir və atəşkəsin pozulmasına son qoyulmasını tələb edir.
Məlumata görə, İran hərbi rəhbərliyi vəziyyətin davam edəcəyi təqdirdə “daha sərt addımlar” atılacağını istisna etmir.
11:32 17.06.2026
Oxunuş sayı: 65