İran məsələsində Trampın əli gücləndi: Senat qətnaməni rədd etdi
ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar aparmaq səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnamənin qəbuluna mane olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qətnamə Konqresin əvvəlcədən təsdiqi olmadan hərbi qüvvədən istifadəyə əlavə məhdudiyyətlər tətbiq etməyi hədəfləyirdi. Lakin Senatda keçirilən səsvermə zamanı sənəd kifayət qədər dəstək qazanmayaraq bloklanıb.
Beləliklə, Tramp administrasiyasının İranla bağlı mümkün hərbi qərarları üzərində əlavə qanunverici nəzarətin tətbiqi təşəbbüsü baş tutmayıb. Qətnamənin tərəfdarları bunun Konqresin müharibə elan etmək səlahiyyətlərini qorumaq məqsədi daşıdığını bildirirdilər.
11:11 17.06.2026
Oxunuş sayı: 79