Rusiya freqatının patrul gəmilərinə atəş açdığı iddiası təsdiqlənməyib
Rusiya hərbi gəmisinin patrul gəmilərinə birbaşa atəş açdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Crossmedia.az bu barədə Sky News Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.
Məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus Admiral Qriqoroviç toqquşmanın qarşısını almaq məqsədilə xəbərdarlıq siqnalı verib. Bildirilir ki, gəmi kursunu dəyişmədiyi üçün bir neçə xəbərdarlıq atəşi açılıb, lakin atəşlər heç bir gəmini birbaşa hədəf almayıb.
Mənbənin sözlərinə görə, freqatın idarəetməsində mühərriklə bağlı ehtimal olunan texniki problemlər yaranıb və bu da vəziyyətin gərginləşməsinə səbəb olub.
Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbə vurğulayıb ki, gəmiyə qarşı atəş açılmayıb və hadisə zamanı görülən tədbirlər mövcud şəraitdə tamamilə məntiqli hesab olunub.
23:54 16.06.2026
Oxunuş sayı: 47