CNN: İran Hörmüz boğazı üzərində təsirini qoruyur
İran münaqişə başa çatdıqdan sonra belə Hörmüz boğazı üzərində təsir imkanlarını qorumaqda davam edəcək.
Crossmedia.az bu barədə CNN-in analitik yazısına istinadən xəbər verir.
Analitiklərin qiymətləndirməsinə əsasən, Tehran nisbətən az sayda raket və pilotsuz uçuş aparatından istifadə etməklə dünyanın əsas neft daşınma marşrutlarından biri olan Hörmüz boğazında ciddi təzyiq yarada biləcəyini nümayiş etdirib.
Məqalədə qeyd olunur ki, İran bu potensialı artıq praktiki olaraq göstərib və lazım gəldikdə boğazın fəaliyyətinə təsir göstərmək imkanını saxlayır.
CNN-in təhlilinə görə, bu vəziyyət regionda enerji təhlükəsizliyi baxımından mühüm risk amili olaraq qalır və Qərb dövlətlərinin strateji planlamasında əsas diqqət nöqtələrindən biri hesab olunur.
23:15 16.06.2026
Oxunuş sayı: 46