ABŞ İranın taktikası ilə neft transferləri həyata keçirir
ABŞ Fars körfəzində İranın sanksiyalardan yayınma taktikalarına bənzər üsullarla həyata keçirilən gizli gəmidən-gəmiyə neft köçürmə əməliyyatlarında iştirak edə bilər.
Crossmedia.az bu barədə Reuters agentliyinə əsasən xəbər verir.
Məlumata görə, bu əməliyyatlar Hörmüz boğazı və BƏƏ ilə Oman sahilləri yaxınlığında həyata keçirilir. May ayının əvvəlindən bəri ən azı 92 gəminin bu prosesdə iştirak etmiş ola biləcəyi bildirilir.
Reuters-in açıqlamasına görə, bəzi tankerlər transponderlərini söndürərək açıq dənizdə bir-birinə yaxınlaşır və nefti bir gəmidən digərinə ötürərək son təyinat nöqtələrinə hərəkət edir.
Agentlik qeyd edir ki, əməliyyatların müşayiəti üçün dronlar, dəniz dronları və helikopterlərdən istifadə oluna bilər, lakin ABŞ Müraribə Nazirliyi (Pentaqon) bu prosesdə birbaşa hərbi iştirakın olmadığını bildirib.
22:58 16.06.2026
Oxunuş sayı: 50