İngilis Kanalında Rusiya freqatı Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
İngilis Kanalında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus Admiral Qriqoroviç freqatı Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə Rusiya hərbi gəmisinin yaxınlığında təhlükəli manevr edən Britaniya yaxtasının müşahidə olunmasından sonra baş verib. Bölgədə olan Britaniya Sahil Mühafizəsi yaxtadan siqnal aldıqlarını təsdiqləyib.
Hadisənin, Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfindən Rusiya “ölgə donanmasına aid Smirtos tankerinə qarşı əməliyyat qərarından bir neçə saat sonra baş verdiyi bildirilir.
Məlumata görə, Rusiya hərbi komandanlığı tərəfindən xəbərdarlıq atəşinin açılması barədə göstəriş verilib. Hadisənin detalları araşdırılır.
21:40 16.06.2026
Oxunuş sayı: 52