FİFA prezidenti İran millisində oynamaq istədiyini bildirib
FİFA-nın prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında İran milli komandasında çıxış etmək istədiyini zarafatla qeyd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, İranın Yeni Zelandiya ilə qrup mərhələsinin ilk tur matçından sonra komandanın soyunub-geyinmə otağına baş çəkib.
İnfantino futbolçulara müraciətində onların çətinliklərə baxmayaraq güclü olduqlarını bildirib və azarkeşlərin stadionda komandaya böyük dəstək verdiyini vurğulayıb.
“Əgər baş məşqçiniz etiraz etməzsə, növbəti oyunda sizdə hücumçu kimi oynaya bilərəm”, – deyə FİFA rəhbəri zarafatla qeyd edib.
20:08 16.06.2026
Oxunuş sayı: 50